65aca654aa68e202401240628
12 ev, 12 bürc və 12 bucaq - Uğurlu evliliyin vacib şərti

Cəmiyyətin müəyyən nümayəndələri var ki, onlar astrologiyaya önəm verir və bürclərə inanırlar. Hətta məsələ o yerə gəlib çatır ki, həmin adamlar ailə quracağı şəxsləri də bürclər əsasında müəyyənləşdirirlər. Bəs bu nə qədər realdır? Həqiqətənmi, evlənəcəyimiz şəxsin bürcünə diqqət etməliyik? Bu seçimin ailə həyatına təsiri varmı?

Qlobal.net xəbər verir ki, "Yeni Sabah"a danışan astroloq Firudin Qurbanlı deyib ki, bir-birinə zidd bürclər ailə quran zaman narazlıqlar meydana gəlir:

"İnsanlar mütləq şəkildə ailə quracağı şəxsin bürcünü öyrənməlidir. Bürclərdə hər hansı natarazlıq olsa, ailədə problemlər baş qaldıracaq. Bu məlumatların heç biri uydurma deyil. Bu elmdir. Bürclər altında doğulan insanların ümumi psixologiyası mövcuddur. Əgər gələcək həyat yoldaşınızın sizin üçün düşərli bürcdürsə, o zaman həmin adamla ümumi dil tapmaq mümkündür. Yox, əgər deyilsə, nə etsən də, bu ailədə yöndəmsizlik olacaq".

Astroloq Arzu Məmmədli də bu haqda bir sıra məqamlara aydınlıq gətirib: "Əqrəb-Buğa, Qoç-Tərəzi, Buğa-Oğlaq, Şir-Qoç kimi bürclər bir-birinə uyğun, Buğa-Əkizlər, Qoç-Xərçəng, Oxatan-Buğa, Oğlaq-Qoç, Qoç-Balıq isə bir-birinə zidd olan bürclərdir. Bütün bunlar doğum xəritəsi əsasında formalaşır. 12 ev, 12 bürc və 12 bucaq var. 12 bürcün hər birinin 30 dərəcə bucaq aralığı var. Hər bir bürcün isə özünün evi və bucaqları mövcuddur. Birinci evin bürcü Qoç, ikinci evin bürcü isə Balıqdır. 150, 30 və 45 dərəcədə olan bucaqlarda yerləşən bürclər bir-birilə yola gedə bilmir. 180, 120 və 60 dərəcə bucaq altında yerləşən bürclərin arasında isə möhtəşəm uyğunluq olur. Evlilik məsələləri də sözügedən məsələ ilə əlaqələndirilir".

21.01.2024 09:06
1174