65abf4e3b0387202401242923
Azərbaycanda zəlzələ oldu

Şamaxı rayonunda zəlzələ olub.

Qlobal.net xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Pirqulu stansiyasından 12 kilometr şimalda Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar episentrdə və yaxın ərazilərdə 3 bala qədər hiss olunub.

Zəlzələ ocağı yerin 5 kilometr dərinliyində olub.

20.01.2024 20:28
368