Aktrisa Zümrüd Qasımova boşandığı həyat yoldaşı ilə bağlı paylaşım edib.
Qlobal.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi tanış olmaqlarının 14 ilini qeyd etdiklərini vurğulayıb.
"Gözəl bir gündür, bayramdır. Mənim həyat yoldaşımla tanış olduğumuz gündür. 14 il əvvəl... 14 il bir yerdə yaşamaq, sevmək, sevilmək gözəl hissdir" deyə, Qasımova vurğulayıb.
Aktrisa həyat yoldaşı Nazim Zeynalovun üzünü göstərməsə də, onun səsini yayımlayıb.
N.Zeynalov "Yaxşı ki, varsan. Hər zaman sənsən və mənimsən. Bir şeyi unutma, əsas mənim varlığımdır. Sən ürəkdəsən, göydəsən, yerdəsən və mənimsən" deyə, söyləyib.