“Zülfiyyə xanımla yol getmişəm, həyatıma nifrət eləmişəm” - Manaf Ağayev
Müğənni Manaf Ağayev aşıq Zülfiyyə İbadovanın avtomobil idarə etməsini pisləyib.
Qlobal.net xəbər verir ki, bu haqda sənətçi “Günün sədası” verilişində danışıb.
O bildirib ki, Zülfiyyə maşını yüksək sürətlə sürür: “Avtomobillə
oynamaq olmaz. Rayona gedendə sürücü radarın olmadığını bilib,
nəqliyyat vasitəsini yüksək sürətlə idarə edəndə deyirəm, sürəti azalt.
Ümumiyyətlə, sürətlə avtomobil idarə edənləri sevmirəm. Bir dəfə
Zülfiyyə xanımla yol getmişəm, həyatıma nifrət eləmişəm. Zülfiyyə xanım
avtomobili yüksək sürətlə - 200 sürətlə sürürdü. Onda da biz toya
gecikmişdik. Avtomibil “mən ölüm, sən ölüm”ə baxmır. Bir saniyə içində
hər şey olur. Nəqliyyat vasitəsini bir az aşağı sürətlə sürmək lazımdır.
O gedişlə bu gedişin arasında 10 dəqiqə vaxt var”. (axsam.az)