Xalq artisti Zülfiyyə Xanbabayeva yeni görünüşü diqqət çəkib.
Qlobal.net Yenisabah.az-a istinadla xəbər verir ki, o, yeni imicini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Belə ki, bir müddət əvvəl saçlarını qısa kəsdirərək tünd rəngə boyayan sənətçi onları uzadaraq sarıya boyadıb.
56 yaşlı Xanbabayevanın xeyli çəki ataraq arıqlaması da gözdən qaçmayıb.
Xalq artistinin 180 dərəcə dəyişmiş imicdə çəkilən fotoları pərəstişkarları tərəfindən tərif yağışına tutulub.