Zülfiyyə hədiyyə olunan 180 minlik maşından imtina etdi
Aşıq Zülfiyyə İbadova ona hədiyyə edilən 180 minlik avtomobili qəbul etməyib. İfaçı bu haqda "Xəzər axşamı" verilişində deyib. O bildirib ki, bir
neçə gün əvvəl müğənni Şəbnəm Tovuzluya avtomobil hədiyyə edən iş
xanımı bundan əvvəl ona da eyni jesti edib:
"Dedi ki, maşın istəyirəm, sən seç. Mən də o vaxt yeni çıxan bir
180 minlik maşını almaq istəyirdim. Dedim, ondan al. Sən demə, mənə ad
günümə maşını hədiyyə edirmiş. Amma mən onu qəbul etmədim və məndən
incidi". (axşam.az)