645cec35ef9dc202305232301
Zod istiqamətində ordumuz Ermənistanın hərbi bazasını belə məhv etdi - VİDEO

Azərbaycan Ordusunun Basarkeçər rayonunun Zod istiqamətində düşmənin hərbi infrastrukturunu məhv etməsinin görüntüləri yayılıb.

Qlobal.net həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, bu gün Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfi növbəti təxribata zəmin yaratması barədə məlumat yayıb.

Bildirilib ki, Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi tərəfimizdən müşahidə edilir: "Bununla qarşı tərəf növbəti təxribata zəmin yaratmağa cəhd göstərir. Bir daha bildiririk ki, bölgədə yaranmış gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".


11.05.2023 17:21
645