“Ölkə.Az”ın məlumatına görə, 2017-ci ilin oktyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsində 14 yaşlı qızının pornoqrafik videolarını çəkib sevgilisinə atmaqda təqsirləndirilən Ziyafət Bayramova və həmin görüntüləri yaymaqda ittiham edilən İsaməddin Hacatovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində qapalı keçirilən prosesə hakim Əhməd Quliyev sədrlik edib. Məhkəmədə ifadə verən İsaməddin Hacatov bildirib ki, 2007-ci ildə ailə həyatı qurub və iki azyaşlı övladı var. O, dəmirçi-rəngsaz kimi avtomobil təmiri ilə məşğul olduğunu və Türkan qəsəbəsində yaşadığını deyib:
“Kənddə yaşayanda Kəbir Bayramovu tanımışam. Həmin adamın maşınını
düzəltmişəm. Kəbirin arvadı Ziyafəti isə bir neçə dəfə dayanacaqda
görmüşəm. 2014-cü ilin mart ayında telefonuma zəng gəldi. Soruşanda da
dedi ki, Kəbirin arvadı Ziyafətdir. Mənimlə tanış olmaq istədi.
Dəfələrlə telefonla danışdıq. Bundan sonra Ziyafətlə aramızda münasibət
yarandı. Ziyafətin qızları və oğlu da mənimlə anaları arasında
münasibət olduğunu bilib. Ziyafət özü övladlarına danışmışdı. Ziyafətlə
heç vaxt cinsi əlaqədə olmamışam. Çünki 2009-cu ildə öz həyətimdə yüksək
gərginlikli elektrik xəttini kəsən zaman cərəyan vurub yıxılmışam.
Nəticədə bir neçə fəqərəm sındı, baş sümüyüm çatladı. Bundan sonra
onurğamın iliyi zədələndiyindən məndə impotensiya başladı və cinsi
əlaqədə olma qabiliyyətimi itirdim. Bununla bağlı çox həkimə getsəm də,
xeyri olmadı. Ziyafət mənimlə cinsi əlaqədə olmaq istəyəndə, ona
impotent olduğumu demişəm. Lakin o, məndən əl çəkmirdi, sevdiyini deyir,
ayrılmaq istəmirdi”. Təqsirləndirilən şəxs qeyd edib ki, Ziyafətlə
görüşəndə qadın cinsi ehtirasını müxtəlif yollarla təmin edib
(Təqsirləndirilən şəxs bu barədə detallı danışıb, lakin qeyri-etik
məqamları nəzərə alaraq, açıq yazmırıq):
“Ziyafətlə əksər hallarda maşınımda və yaxud dostumun bağında
görüşürdüm. Ondan niyə əri ilə münasibətdə olmadığını soruşanda, onu
sevmədiyini, istəmədiyini demişdi. Ziyafəti sevməmişəm, bu münasibətə
son qoymaq istədim. Lakin özünü öldürəcəyini dedi. Uşaqlarına yazığım
gəldi. Ziyafət söhbət edəndə mənə demişdi ki, əri əsgərlikdə olanda
ərinin əmisi oğlanları ilə cinsi münasibətdə olub. Həmçinin, pul az
olanda Hövsana əmisi qızının yanına gedib, pul müqabilində başqa
kişilərlə cinsi münasibətdə olduğunu da deyib”. İsaməddin Hacatov
bildirib ki, 2016-cı ilin may ayında Ziyafətlə dalaşıb: “Məndən əl
çəkmirdi. Deyirdi, sənə görə hər şeydən, hətta uşaqlarımdan belə
keçərəm. Həmin ərəfədə Ziyafət mənə qızı Aytənin (ad şərtidir)
videolarını atmağa başladı. Həmin görüntülərdə Ziyafət qızı ilə birlikdə
bir-birilərini soyundurub seksual hərəkətlər edirdi. Ziyafətdən niyə
həmin görüntünü mənə göndərdiyini soruşanda, mənim üçün hər şeydən,
hətta uşaqlarından da keçəcəyini sübut etdiyini dedi. Sonra mənə məlum
oldu ki, Ziyafət qızı Aytən ilə başqa görüntülər də çəkib, müxtəlif
adamlara göndərib. Ziyafətin mənə göndərdiyi görüntünü xəbərim olmadan
telefonumdan qəsəbədə yaşayan Canı özünə göndərib. Canı telefonu məndən
danışmaq üçün istəyib və görüntünü görüb öz telefonuna göndərib”.
Təqsirləndirilən şəxs qeyd edib ki, görüntülərdə Ziyafət qızı Aytən ilə
lesbiyan münasibətlərdə olub, öpüşüb: “Bu görüntülər bütün kənddə
yayıldı. Polis bizi saxladı. Polisdə Ziyafətlə cinsi əlaqədə
olub-olmadığım soruşulanda, cinsi əlaqədə olduğumu dedim. Həmin vaxtı
məndə impotensiya olduğunu deməyə utandım”.
Ziyafət Bayramova məhkəmədə ifadəsində İsaməddinin onunla tanış olmaq istədiyini deyib: “Tanış olduq. Münasibətlərimiz yaxşılaşdı. Onunla dəfələrlə Türkan-Hövsan yolunda olan bir bağ evində görüşüb cinsi əlaqədə olduq. Həmin evə gedəndə heç kim şübhələnməsin deyə balaca qızımı da özümlə aparırdım. Mən İsaməddinlə görüşəndə qızım çöldə dururdu. İsaməddinlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuşam”. Təqsirləndirilən qadın bildirib ki, 2015-ci ildə İsaməddinlə uzun müddət görüşməyib: “Zəng elədi. O, telefonda böyük qızım Nigarın (ad şərtdir) bədən quruluşundan xoşu gəldiyini dedi. Deyirdi ki, qızımı da onunla görüşə gətirim. Nigarın bakirəliyinə dəyməyəcəyini, qızla ancaq qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etdi. Mən buna qarşı çıxdım. Dedim, belə şey edə bilmərəm. Daha sonra İsaməddin mənə Hövsan qəsəbəsində yaşayan bibim qızı və qardaşım arvadını onunla görüşə gətirməyimi və üçümüzlə birlikdə cinsi əlaqədə olmağı təklif elədi. Bunun da mümkünsüz olduğunu ona çatdırdım. 3 dəfə də balaca qızım Aytənlə (ad şərtidir) seksual xarakterli videolar çəkib ona göndərməyimi istədi. Bununla razılaşdım. Ərim və oğlum evdə yoxuydu. Böyük qızım Nigar isə hamamda idi. Aytənə öpüşməyi və bir-birimizi sığallamağı öyrətdim. Qızım bunları niyə etdiyimizi soruşanda video çəkib, baxıb siləcəyimi dedim. Aytən mən deyənləri elədi. Videonu çəkib İsaməddinə atdım”.
Ziyafət Bayramova bildirib ki, neçə dəfə İsaməddinlə münasibətlərinə son qoymaq istəsə də, bundan qorxub: “Dəfələrdə dedim, istəmirəm. Məni döyürdü. Axırda bir təhər ondan ayrıla bildim. Üstündən bir neçə ay keçdi, anam zəng elədi.
Bildirdi ki, mənim və qızım Aytənin videoları yayılıb. Artıq utancımdan yaşaya bilmirdim. Kəsici alətlə sağ və sol qolumu kəsib intihara cəhd etdim. Lakin polislər gəlib həbs elədilər”.
Hər iki təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 150.3.3, 156.1, 242-ci maddələri ittiham verilib. İsaməddin Hacatov barəsində keçirilən ekspertizanın rəyinə görə onda impotensiya aşkarlanmayıb.
Hakimlər kollegiyasının hökmünə əsasən, İsaməddin Hacıyev 13 il, Ziyafət Bayramova isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs cəzalarını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcək.