zirəddin

Zirəddin Rzayevdən təyyarə qəzası ilə bağlı AÇIQLAMA

2024-cü il artıq başa çatmaq üzrədir. Hər il olduğu kimi bu gün də hamını maraqlandıran bir sual var: növbəti ildə bizi nələr gözləyir? 

Bakuplus.az-ın əməkdaşı Moskvada yaşayan azərbaycanlı ekstrasens Zirəddin Rzayev ilə həmsöhbət olub. 

Müsahibəni təqdim edirik: 

– 2024-cü illə vidalaşmağımıza sayılı günlər qalır. Hər kəsi maraqlandıran bir sual var: 2025-ci ildə bizi nələr gözləyir? 

– 2025-ci il odlu-alovlu ildir. Vulkan püskürmələri, sunami və zəlzələlər ili olduğunu deyə bilərəm. İlin yaxşı tərəfi odur ki, bu il yeni ideyalar, düşünən insanların, çalışan beyinlərin və yeni ixtiraların ilidir. 

– Qarşıdan gələn ildə inflyasiya gözlənilirmi? 

– Rusiya-Ukrayna gərginliyini nəzərə alsaq, 2025-ci ildə inflyasiya olmalıdır. Ancaq mən bunun böyük inflyasiyaya gətirib çıxaracağını görmürəm. 

– 2024-cü il ilə bağlı gözləntilərinizin hər biri oldumu? 

– 2024-cü il üçün verdiyim proqnozlar göz qabağındadır. Buraya Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində qalib gələcəyi, Fətullah Gülənin öz əcəli ilə öləcəyi, 2024 və 2025-ci ilin vulkanlar və zəlzələlər illəri olması, itkin düşmüş Narin Güranla bağlı Diyarbəkir polisinə verdiyim önəmli məlumatlar, Amerikada və Qərbdə UNO-ların meydana çıxmaları və bir çox proqnozlar özünü dəqiqliklə doğrultdu.

Donald Trampın yenidən prezident seçiləcəyi mövzusunda isə yanıldım. Ancaq burada da bəzi məqamlar var ki… 

– Zirəddin bəy, gələn il hansı məşhurlar təhlükədədirlər? 

– Məşhurlarla bağlı proqnozlar vermək istəmirəm. Bir onu deyə bilərəm ki, məşhur incəsənət xadimlərindən biri dünyasını dəyişəcək və o, kişi cinsidir. 

– Dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Bu haqda nə deyə bilərsiniz? 

– Çox kədərləndim, doğrudan da kədərli hadisədir. Bu hadisə ilə bağlı mən gündəmə gəlmək istəmirəm. Amma 2022-ci ilin avqust ayında Azərbaycan üçün təyyarə qəzası görmüşdüm. Bunu “Instagram” səhifəmdə də paylaşmışam. Allah həlak olanlara rəhmət etsin. 

– Yaxın Şərq və ya Avropada münaqişələr gözlənilirmi? 

– Çox təəssüf ki, yaxın Şərq hələ odda çox yanacaq. 

– Hər hansısa bir xəstəliklər gözlənilirmi? 

– Rusiya-Ukrayna gərginliyi bitdikdən sonra yeni təhlükəli viruslar dünyanı əhatə edəcək.

29.12.2024 22:30
show 3244