Rusiyada yaşayan azərbaycanlı ekstrasens Zirəddin Rzayevə vəzifə verilib.
Milli.Az-ın əldə etdiyi məlumata görə, o, Rusiya Jurnalistlər Birliyinin üzvü seçilib.
Ekstrasens sözügedən xəbəri təsdiq edib və Rusiyada xəbər saytlarından birində direktor olduğunu bildirib:
""Bloggernews.ru" rəsmi xəbər saytının direktoru olmaqla yanaşı, həm də jurnalistiyəm. Biz 2017-ci ildən fəaliyyət göstəririk".
Zirəddin Rzayev jurnalistika sahəsində fəaliyyətinin bununla yekunlaşmadığını deyib:
"2009-cu ildən 2010-cu ilə qədər "Radio Karnaval"da "Zirəddindən xəbər al" adlı radio verilişi, "Ru TV" telekanalında "Yuliyanna Lukaşeva ilə axşam flirti", "Radio Daça"da "Tale sirləri", həmçinin "Ru TV" musiqi kanalında Alena Vodonayeva ilə birlikdə "Paranormalnıx" verilişinin aparıcısı olmuşam".
O bildirib ki, Rusiya Jurnalistlər Birliyi üzv jurnalistlərin azad sözə sahib olması, hüquqlarının müdafiəsi və toxunulmazlığına xidmət edir:
"Artıq rəsmi jurnalist statusu almışam. Deputatlar və vəkillər kimi mənim də toxunulmazlıq hüququm var. Rusiya Jurnalistlər Birliyi həm də jurnalistikadan sui-istifadə hallarına ciddi nəzarət edir. Bundan əlavə akkreditasiyadan keçmiş birlik üzvləri dövlət tədbirləri və qanunverici orqanlarda iştirak etmək hüquqlarına malikdir".