68108ecadb6d6202504253314

Zərifə Əliyeva adına liseydə xeyriyyə aksiyası – Məktəblilərdən alqışa layiq addım

1 may 2025-ci il tarixində, saat 11:00-dan 13:00-a qədər Akademik Zərifə Əliyeva adına liseydə xeyriyyə yarmarkası baş tutacaq.

Qlobal.net bildirir ki, aksiyanın əsas məqsədi müalicəyə ehtiyacı olan xəstələr üçün maddi dəstək toplamaqdır. Həm savab qazanın, həm də keyfiyyətli məhsulları münasib qiymətlərlə əldə edin!

Aksiyada 30-dan çox stenddə yüzlərlə məhsul və xidmət sizləri gözləyir:

Gözoxşayan əl işləri
Müxtəlif geyim və aksesuarlar
Rəngarəng və keyfiyyətli dəftərxana məhsulları
Ləzzətli şirniyyatlar və ev məhsulları
Canlandırıcı çiçəklər və dekorlar
...və daha nələr-nələr!

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Akademik Zərifə Əliyeva adına liseyin həyəti
Unutmayın: Kiçik bir alış-verişiniz bir xəstənin sağalmasına ümid ola bilər! Gəlin, birlikdə kömək edək – həm sevinc paylaşaq, həm də ehtiyacı olanlara dəstək olaq! Dostlarınızı, ailənizi də götürüb gəlin! Həm alış-veriş edin, həm də xeyrixahlıq yolunda addım atın!
29.04.2025 12:35
show 75