24.01.2022
23:27
483

Zəngəzur dəhlizi ilə bağlı yeni xəbər - Kür çayı üzərində...

Loading...


Ələt-Horadiz-Ağbənd dəmiryol xəttinin Ələt-Osmanlı hissəsində - Kür çayı üzərində yeni körpü tikilir. Körpüdə aparılan işlərlə bağlı geniş məlumatı sujetdə təqdim edəcəyik. Yeni körpünün tikintisi yekunlaşan kimi köhnə dəmiryol körpüsünün yenidən qurulmasına başlanacaq.


Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, konstruksiyalar qurulub, böyük bir sahədə qızğın iş gedir. Yeni tikiləcək dəmiryol körpüsü bizi işğaldan azad olunmuş bölgələrimizə aparacaq.


Yeni körpü 4 aşırımlı olmaqla Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində inşa olunur. Hazırda işlərin sürətlə aparılması üçün əraziyə müxtəlif təyinatlı texnikalar cəlb olunub. 


Çay üzərindəki körpünün tikintisi bu ilin əvvəlində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə həyata keçirilir. Tikintidən öncə ağırtonnajli texnikaların və digər nəqliyyat vasitələrinin normal hərəkət etməsi üçün Kür üzərində müvəqqəti estekada quraşdırılıb. Artıq tikinti zamanı xeyli sayda svaylar vurulub, körpünün yan dayaqlarının özülündə isə dəmir-beton işləri yekunlaşıb.


Hazırda dəmir-beton işlərinin görülməsi ilə yanaşı, aşırım hissəsində metal konstruksiyalar quraşdırılır. Tikintisi başa çatıb istismara verildikdən sonra dəmiryol körpüsü ölkəmiz üçün həm strateji, həm də iqtisadi əhəmiyyətə malik olacaq.



Loading...