Zəngəzur dəhlizinin açılması çərçivə sazişinin imzalanmasından sonra mümkün olacaq.
Qlobal.net Yenisabah.az-a istinadla xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Noyabra qədər Azərbaycanla Ermənistan arasında çərçivə sazişi imzalana bilər. Hesab edirəm ki, Zəngəzur dəhlizi bundan sonra açıqlacaq. Bu gəlişmələrin ardınca Cənubi Qafqazda yeni geosiyasi mənzərə və ya şərtlər formalaşacaq. Çərçivə sazişinin imzalanması ərəfəsində Ermənistanda Nikol Paşinyana qarşı təxribatlara cəhdlər ola bilər. Bunun silahlı yolla olacağı istisna deyil.
Amma ABŞ və Avropa Birliyinin xüsusi xidmət orqanları onun təhlükəsizliyini təmin edə biləcək. Hazırda Paşinyanın şəxsi təhlükəsizliyi ən yüksək formada təmin olunub. ABŞ Ermənistanda sülhə əngəl olmaq istəyən qüvvələrə tam nəzarət edir. Hesab edirəm ki, indiki məqamda sülhə mane ola biləcək amil yoxdur”, - ekspert bildirib.