650f3817d26e8202309231015
Zəngəzur dəhlizi açılır: Avropa İttifaqından razılıq... - Davtyan

Brüssel və Bakı Azərbaycan qazının tədarük həcminin 10 milyarddan 20 milyarda çatdırılması barədə razılığa 2022-ci ilin əvvəlində, Ukraynada müharibənin başlamasından həftələr sonra nail olublar. Müvafiq sənəd 2022-ci ilin iyul ayında imzalanıb. Üstəlik, göstərilən həcmlərə yalnız 2027-ci ildə çatmaq planlaşdırılır.

Bunu erməni siyasətçi Vahe Davtyan Teleqram kanalında yazıb.

O qeyd edib ki, iki il əvvəl əldə edilmiş razılaşmanı bu gün xəbər kimi təqdim edən Aİ əslində regiondakı prioritetlərini vurğulayır: "Borrel də açıqlamasında Aİ-nin Bakı ilə enerji sektorunda səmərəli əməkdaşlığı nəzərə alaraq ona qarşı heç bir sanksiya tətbiq etmək fikrində olmadığını xatırladıb. Cənub Qaz Dəhlizinin aşağı tutumunu nəzərə alsaq, şaxələndirmə üçün yeni qaz marşrutlarına ehtiyac var. Onlardan biri Zəngəzuri dəhlizi layihəsidir ki, Bakı 2020-ci ildən etibarən təkcə Naxçıvanla quru əlaqə yaratmağı deyil, həm də Türkiyəyə qaz və elektrik enerjisinin ixracı marşrutunu nəzərdən keçirir. Bu sxemdə tərəflər Aİ qaz bazarının vəziyyətini əhəmiyyətli dərəcədə dəyişə biləcək Transxəzər qaz kəmərinin tikintisini də planlaşdırıblar”. (Teleqraf.com)

23.09.2023 23:09
847