“Zəng edib dedilər ki, başınız sağolsun!” - Stüardessa Hökümənin atası
Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarənin göyərtəsində olan ekipaj üzvlərindən, stüardessa Hökümə Əliyevanın atası Cəlil Əliyev açıqlama verib.Jurnalistlərə qızının taleyi ilə bağlı suala belə cavab Cəlil Əliyev bunları deyib:
"Bu gün təyyarə qəzasında ekipaj üzvləri arasında olanlardan biri də, mənim qızım Hökümə Əliyevadır. Azərbaycan Hava Yollarından mənə zəng edib dedilər ki, başınız sağolsun! Başqa heç nə bilmirəm”.
O, Hökümənin 2016-cı ildən Azərbaycan Hava Yollarında çalışdığını bildirib./azxeber