63728c051874b202211224213
ZƏM -ZƏM quyusunun dibinə kamera göndərdilər: Görün nə tapdılar

"Zəmzəm" kəlməsi "alçaq səslə danışmaq" anlamını verir. Hz. Məhəmməd belə buyurub: "Yer üzündəki ən xeyirli su zəmzəm suyudur. Ac olanın aclığını, susuz olanın susuzluğunu yox edən möcüzəvi su odur".

Qlobal.net xəbər verir ki, əsrlərdir bu müqəddəs sayılan quyudan milyardlarla vedrə su çəkilib. Amma, qaynağı həmişə sirr olub.

Bu yaxınlarda bir neçə dalğıc kamera götürüb zəmzəm quyularından birinə baş vurub. Nəticədə, bu görüntü yaranıb. Dalğıclar 136 m dərinliyə qədər eniblər, amma suyun qaynağına çata bilməyiblər. Bu da o deməkdir ki, zəmzəm quyuları "ucsuz-bucaqsız"dır. Əsl tükürpədən hekayədir, deyilmi?

Ərəbistan səhrasının ortasında bu cür keyfiyyətli və təmiz suyun quyudan çıxması, quyunun heç vaxt quruması möcüzə deyilmi? Səhrada bir çox su quyusu var. Amma onların suyu ya duzlu, ya da həddən artıq minerallıdır. Zəmzəm suyu isə təmiz və insan orqanizmi üçün faydalıdır. Ümumdünya Səhiyyə Təşkilatının araşdırmaları da zəmzəm suyunun insan üçün ən xeyirli su olduğunu təsdiqləyib. Yaponiya və Almaniya alimləri də bu fikirdədir.

Deyilənə görə, zəmzəm suyu azan oxunduqda ağarır, zəng səsi gəldikdə qaralır. Yapon alimi Masoro Emoto zəmzəm kristallarını mikroskop altında incələyib. O, deyir ki, suyun kristalları səs tezliklərinə görə dəyişir. Alimin zəmzəm suyu haqda yazdığı kitab bestsellerə çevrilib. Emoto onu da vurğulayıb ki, zəmzəm suyu ətrafında baş verənləri və səsləri yaddaşına yazır. Buna görə də bu su kimyəvi tərkibinə görə dünyadakı bütün elementlərdən üstündür.

Başqa bir alman alimi isə zəmzəm suyunun əsl zəhərdən qoruyucu olduğunu deyib. O, açıqlayıb ki: "1 damla zəmzəm suyuna 100 damla adi su qatdım. Gördüm ki, suyun hamısı zəmzəmə dönüb.

Zəmzəmdə elə bir enerji var ki, başqasını dəyişdirir, amma özü dəyişmir." ABŞ-da həyata keçirilən bir testdə isə məlum olub ki, zəmzəm tərkibində bakteriya olmayan tək sudur. Avropa alimləri zəmzəmin mikroblu xəstəliklərə şəfa olduğuna əmindir. Onlar zəmzəmin digər sualara nisbətən daha az kükürdlü olduğunu, bununla yanaşı, insan üçün bəsləyici roluna malik olduğunu deyir.

Zəmzəm insan orqanizmindən sidik yolu ilə deyil, tər vasitəsilə çıxır. Qaynağı sirr olsa da, zəmzəmi insanlara ərməğan etdiyi üçün Tanrıya şükür etməliyik. 


14.11.2022 22:38
show 604