“Zəlzələnin ən güclü hiss olunduğu rayon Xaçmaz olub”.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Anar Oruclu AZƏRTAC-a
bildirib ki, ilkin məlumatlara görə, zəlzələ nəticəsində rayonda hər
hansı fəsad, dağıntı qeydə alınmayıb.
Rayon mərkəzində çoxmərtəbəli binada yaşayan sakinlər arasında müəyyən narahatlıq yaşanıb.