63e5f7d70b710202302235255
Zəlzələdən öncə çəkdiyi rəsm gündəm oldu - FOTO

Türkiyədə fevralın 6-sı baş vermiş dağıdıcı zəlzələdən sonra dağıntılar altında aparılan axtarış-xilasetmə işləri davam edir. Çıxarıla bilən hər bir sağ insan xilasedicilərə ümid olur. Lakin bəzən dağıntılar altında axtarış apararkən təəccüb doğuran mənzərə ilə də qarışılaşırlar.

Qlobal.net "qafqazinfo"ya istinadən xəbər verir ki, ötən gün dağıntılar altından 8 aylıq körpəni xilas edə bilən Umut Yıldız adlı şəxs eyni zamanda, bir rəsm də tapıb. Uşaq tərəfindən çəkilən rəsmdə zəlzələ zamanı tövsiyə edilən təhlükəsizlik hərəkətləri təsvir olunub.

Umut Yıldız sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, rəsmin sahibi hələ tapılmayıb: "Ümid edirəm, həyatdasan. Rəsmin məndədir, quzum. Sənə vermək üçün saxlayacağam".


10.02.2023 11:50
show 3977