63e4cb16a7866202302232942

Zəlzələdən 4 gün öncə aldığı ev məzarları oldu... - FOTO

Türkiyədə fevralın 6-sı baş vermiş güclü zəlzələdə həyatını itirən şəxslərdən birinin sosial şəbəkə hesabında paylaşdığı sonuncu postlardan biri diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, Aydın vilayətinin Söke rayon sakini İsmail Taşkın zəlzələdən 4 gün öncə, fevralın 2-si özünə mənzil alıb və onun sənədinin fotosunu feysbuk hesabında paylaşıb.

O, paylaşdığı fotoya “Evimizi aldıq, şükürlər olsun. Allah daha yaxşısını olmayanlara nəsib etsin” sözlərini yazıb.

Evlərində cəmi 4 gün yaşaya bilən Taşkın ailəsi (ata-ana və 3 uşaq) güclü zəlzələ zamanı elə həmin mənzilin dağıntıları altında qalaraq həlak olublar.

Mərhumun paylaşımına ölümündən sonra çoxsaylı şərhlər yazılıb. Sosial şəbəkə istifadəçiləri “Allah rəhmət eləsin”, “Nurlar içində yat”, “Ev deyil, məzar almısan, qardaş” və.s tipli şərhlər yazıblar. 



09.02.2023 14:29
show 3831