Türkiyədəki zəlzələdə qardaş ölkə vətəndaşı Selçuk Aydemiri xilas edən azərbaycanlı İlham tapılıb.
Qlobal.net xəbər verir ki, bu barədə İTV kanalında bildirilib.
"Sabaha saxlamayaq" verilişinə gələn İlham həmin zəlzələ anını belə xatırlayıb:
"Mən ora iş görüşməsi üçün getmişdim. Səfərim fevralın 2-si və 5-i tarixlərində oldu. Artıq ayın 5-i mən Azərbaycana qayıtmalı idim. Uçuşlar təxirə salındığından gediş-gəliş mümkün olmadı. Gecə zəlzələ oldu. Divarlar üstümə yağanda artıq gördüm ki, vəziyyət ciddidir.
Həmin vaxt otel ayaqda qala bilmişdi. 40-45 dəqiqə sonra polislər gəldi. Təsadüfən yuxarıda kiminsə fənərlə işıq saldığını gördüm. Polisə yaxınlaşdım, yuxarıda kiminsə olduğunu dedim. Sonra 13-cü mərtəbəyə qalxdım. 14-cü mərtəbədə bir adam var idi, Selçuk bəydən əvvəl onu xilas etdim.
13-cü mərtəbədə isə Selçuk bəyi xilas etdim. 6-cı mərtəbədə isə avstraliyalı turist var idi. Onu xilas edə bilmədim. Onu xilas etmək üçün kömək çağırdım.
Ətraflı videoda: