63f9b2fa1c0d4202302230426

Zəlzələdə evinə sığınan keçmiş arvadına DƏHŞƏT YAŞATDI: yuxuda olarkən... - FOTO

Türkiyənin Hatay şəhərində zəlzələdən sonra ərinin evinə sığınan qadın dəhşət yaşayıb.

Qlobal.net oxu.az-a istinadən xəbər verir ki, belə ki, 25 yaşlı Alev Altun doqquz il evli olduğu və doqquz ay əvvəl boşandığı Savaş Altunun evinin zəlzələyə daha dayanıqlı olduğunu düşündüyü üçün dörd və iki yaşlı uşaqları ilə onun evində qalmağa qərar verib.

O yatdığı zaman keçmiş əri onun üzərinə qaynar su töküb. Ağrıdan oyanan qadın uşaqlarını da götürüb atasının evinə qaçıb. O, yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib və müalicə olunur. Hadisəni törədən Savaş Altun polis nəzarətinə alınıb.

O, ifadəsində deyib ki, əlində olan qaynar su yeraltı təkanlar nəticəsində qadının üstünə tökülüb. S.Altun məhkəmə zalında həbs edilib.


25.02.2023 11:02
show 1746