Aylar əvvəl Türkiyədəki dəhşətli zəlzələni günlər əvvəl sosial media hesabında xəbər verən "zəlzələ peyğəmbəri" ləqəbli məşhur alim Frank Hoogerbeets yeni proqnozlarını açıqlayıb.
Hoogerbeets Adanada bu gün baş verən zəlzələnin qabaqcıl təkan ola biləcəyini bildirib.
“Bu, qabaqcıl fəaliyyət ola bilər, çünki Ayın həndəsəsi 23-24 iyulda böyük seysmik hadisəyə işarə edir. Diqqətli olun!” - Frank Hoogerbeets xəbərdarlıq edib.
Xatırladaq ki, bu gün Türkiyənin Adana şəhərində 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.