67a77c8fcde35202502254727

Zəlzələ mütəxəssisindən tövsiyə: Yanınızda mütləq duz saxlayın

Yapon zəlzələ mütəxəssisi Yoşinori Moriwaki Türkiyənin Mərmərə bölgəsində 6-6,5 bal gücündə zəlzələ ehtimalından danışıb. O, insanların yanlarında su, şokolad, metal fit və duz saxlamasının vacib olduğunu bildirib.
Qlobal.net bildirir ki, Moriwaki, xüsusilə zəlzələ zamanı evdə qalanların hər zaman yanlarında su saxlamalı olduğunu deyib. Onun ən diqqətçəkən tövsiyəsi isə duzla bağlı olub. Salonda və ya yataq otağında sığınıla biləcək yerlərə su şüşəsi qoymağın vacib olduğunu vurğulayan Moriwaki "Bundan əlavə, bir ədəd şokolad, metal fit və duz olmalıdır" deyə əlavə edib.
Zəlzələ hazırlıqlarının bir an əvvəl tamamlanmalı olduğunu bildirən Moriwaki dövlət, bələdiyyələr, şirkətlər və ailələrin görəcəyi tədbirlər sayəsində riskin 70% azalacağını da vurğulayıb.

Səbinə
Qlobal.net

08.02.2025 20:00
show 73