Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində darmadağın olmuş yaşayış binasının dağıntıları altından 12 nəfər xilas edilib.
Malatyanın Ciritpınar məhəlləsində yerlə yeksan olmuş "Zorlu Apartman"ının dağıntıları altında qalmış 12 yaşlı Aysima Yılmaz 40 saat ölümlə mübarizə aparıb.
O, mobil telefonu ilə mesaj yollayıb, sağ olduqlarını yazıb.
Xilasedicilər Aysima ilə bahəm, 12 nəfəri dağıntılar altından çıxarıblar. (milli.az)