Türkiyənin Malatya şəhərində “Əllinci il” adlı yaşayış binasında çəkilən foto qısa zamanda sosial şəbəkələrdə viral olub.
Güclü zəlzələdən sonra dağılan evlərdən birindəki saat insanların marağına səbəb olub.
Sözügedən saatın 4:17-də, yəni zəlzələnin baş verdiyi dəqiqədə dayanıb.
Qeyd edək ki, Kahramanmaraşda və başqa yerlərdə də saatların sonuncu göstərdiyi vaxtın 4:17 olması insanlar tərəfindən “həyatın durduğu dəqiqə” kimi şərh edilib.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində 6.6, Qaziantepdə isə 7.4 və 7.6 bal gücündə qeydə alınan zəlzələlər 10 şəhərdə güclü düğıntı və tələfata səbəb olub.
Son rəqəmlərə görə, təbii fəlakət nəticəsində 12 mindən çox insan həlak olub, 62 mindən çox şəxs yaralanıb.