Volodimir Zelenskinin cangüdəni ilə 8 milyon dollar qazanır.
Qlobal.net xəbər verir ki, bu fakt sosial şəbəkələrdə baş tutan müzakirələrdə üzə çıxıb.
Cangüdən Maksim Donetsin indi 46 yaşı var. O, prezident kimi Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində anadan olub. Vadim Hetman adına Kiyev Milli İqtisad Universitetinin Krivoy Roq İqtisadiyyat İnstitutunu bitirib.
2022-ci ilin sentyabrında internetdə Donetsin hüquq elmləri namizədi adını almaq üçün “Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının (mühafizəçilərinin) inzibati-hüquqi statusu” mövzusunda dissertasiya müdafiə etməyə hazırlaşdığı barədə məlumat yayılıb.
2018-ci il bəyannaməsində Donets qeyd edib ki, o, mənzil sahibi deyil, lakin hərbi hissənin yataqxanasında, həmçinin Vışqorodda (Kiyev vilayəti) iki valideyn mənzilində yaşamaq hüququna malikdir. Həmin şəxsin 2011-ci ildə istehsal olunmuş "Honda CRV" avtomobili və 10.000 dollar əmanətinin olduğu da bildirilir.
Ukrayna prezidentinin öz sərvəti də təxmini məlumdur.
Zelenskinin rəsmi maaşını aylıq 28,000 Ukrayna qrivnası və ya təxminən 930 ABŞ dolları təşkil edir ki, bu da illik 11,000 dollardan bir əqədər artıqdır. Onun qonorar və əyləncə industriyasından gələn gəlirləri ilə müqayisədə bu, xeyli kiçik rəqəmdir.
2020-ci il maliyyə hesabatı Volodimir Zelenskinin təxminən 623.000 dollar qazandığını göstərib. Bu, daha çox xanımı Olena Zelenskanın daşınmaz əmlak satışı ilə əldə olunub. Rusiyanın 2022-ci il işğalından sonra Ukrayna prezidentinin gəliri haqqında dəqiq məlumat yoxdur. (yenisabah.az)