Zelenski dalana dirənib

Zelenski dalana dirənib, Ukraynanı hərbi çevriliş xilas edəcək - POLİTOLOQ

"Ukraynanın qalan hissəsini xilas etmək üçün atəşkəs lazımdır".

Qlobal.net xəbər verir ki, bunu "Facebook" hesabında politoloq Tofiq Zülfüqarov bildirib.

O əlavə edib ki, uzun illər ədalətli sülh olmayacaq.

Fevralın 29-da Ağ Evdə Donald Tramp və Volodimir Zelenski arasında danışıqları şərh edən keçmiş XİN rəhbəri yazıb: "Vaşinqtonda keçirilən görüşdən sonra fikirlər şou həvəskarları ilə real siyasətin pərəstişkarları arasında bölündü".

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

T. Zülfüqarov hadisələrin gələcək inkişafını bədbin qiymətləndirib:

"Çox güman ki, hərbçilər hakimiyyəti ələ keçirəcək və danışıqlar aparacaq. Zelenski dalana dirənib. Bəlkə də bu (hərbi çevriliş - red.) və ya buna bənzər bir şey Ukraynanın qalan hissəsini xilas edəcək".

01.03.2025 11:16
show 219