Zəkat kimlərə verilməlidir?
Zəkatın verilməsi lazım olan şəxslər Quranda (et-Tevbe, 9/60) göstərilmişdir.
Qlobal.net bildirir ki, bu şəxslər aşağıdakılardır:
- Kasıblar - Əsas ehtiyaclarından başqa, heç bir maldan nisap miqdarına sahib olmayan şəxslər.
- Zəkat toplamaq üçün təyin olunan şəxslər: Bu, zəkat toplamaq və paylamaq işləri ilə məşğul olan insanları əhatə edir.
- Müəlləfə-i qulub: Qəlbləri İslama isindirmək üçün dəstək göstərilməsi məqsədi ilə yardım edilən şəxslər.
- Köləlikdən azad olunacaq insanlar: Azadlıq əldə etmələri üçün yardım edilən şəxslər.
- Borclular: Borcunu ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslər.
- Allah yolunda olanlar: Bu, cihad edənlər, elm öyrənmək üçün yola çıxanlar və İslama xidmət edən digər şəxsləri əhatə edir.
- Yolda qalanlar: Daimi yaşadığı yerdə malı olsa da, səyahət zamanı çətinlik çəkən və vətəninə qayıtmaq üçün kifayət qədər vəsaiti olmayan şəxslər.
Günümüzdə, bir şəxs bank kartı və ya digər vasitələrlə öz vəsaitinə çata bilirsə, ona zəkat verilməsi məqbul sayılmır.
"Allah yolunda" ifadəsi daha geniş şəkildə elm, həcc və İslam yolunda çalışan şəxsləri də əhatə edə bilər.
- Miskinlər - Eyni şəkildə, əsas ehtiyacları qarşılandıqdan sonra əlavə malı olmayan, lakin fiziki və ya sosial səbəblərdən daha da ehtiyacı olanlar.
Fatimə
Qlobal.net