8 Noyabr Azərbaycan tarixinin ən şanlı, ən qürurlu günlərindən biridir. Bu gün xalqımızın illərlə həsrətində olduğu Qarabağ torpaqları azad edilmiş, 30 illik işğala son qoyulmuşdur. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın hərb tarixində qəhrəmanlıq salnaməsi kimi yazıldı. Bu qələbə həm ordumuzun, həm də xalqımızın birliyinin, vətən sevgisinin təntənəsidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən üzərində parlaq qələbə qazandı. Şuşa şəhərinin azad edilməsi isə bu zəfərin zirvəsi oldu. Elə buna görə də 8 noyabr tarixi rəmzi olaraq “Zəfər Günü” elan edildi. Həmin gün azərbaycanlıların ürəyində sonsuz fəxarət hissi oyandırır, şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Zəfər Günü bizə vətənpərvərliyin, birliyin və qəhrəmanlığın nə qədər böyük dəyərlər olduğunu xatırladır. Bu günün qəhrəmanları – əsgər və zabitlərimiz, eləcə də arxa cəbhədə çalışan vətən övladlarıdır. Onların sayəsində Azərbaycan torpaqları azadlığa qovuşdu, üçrəngli bayrağımız yenidən Qarabağda dalğalandı.
Hər il 8 Noyabrda Azərbaycan xalqı bu möhtəşəm qələbəni böyük sevinc və qürurla qeyd edir. Bu gün bizə həm keçmişi unutmağa deyil, həm də gələcəyə inamla baxmağa ilham verir. Qarabağ Azərbaycandır!
Bunu da OXU: Zəfər gününə aid şəkillər
Fidan Məmmədli
Qlobal.net