6546103975aa2202311233449
Zaurun verilişində növbəti biabırçılıq: “Cadu edib ailəmi dağıtdı” - VİDEO

ATV-də yayımlanan "Bizimləsən" proqramında növbəti dəfə qadınlar arasında dava düşüb. 

Studiyada mübahisə edən Arzu adlı xanımla qayınanası bir-birlərinə bağırmağa başlayıblar. 

Ailəsi dağılan qadın qayınanasının onların ailəsinə cadu etdiyini iddia edərək qışqırmağa başlayıb. Əsəblərini cilovlaya bilməyən qadını aparıcı Zaur Baxşəliyev sakitləşdirməyə çalışsa da, buna nail ola bilməyib.

Görüntülər qısa zaman ərzində yayılaraq qınaq atəşinə tutulub. Sosial şəbəkə istifadəçiləri bu cür hərəkətlərin efir etikasına və milli-mənəvi dəyərlərə zidd olduğunu bildiriblər. 

Sözügedən görüntüləri təqdim edirik: 


04.11.2023 13:34
show 901