Şairə Cığatelin qızı Leyla Camal “Həmin Zaur” verilişinə dair iradlar bildirib.
Qlobal.net xəbər verir ki, o, aparıcı Zaur Kamalın komandasını tənqid edib.
Leyla Camal bildirib ki, anası verilişdə səslənən suallardan çox təsirlənib və səhərə özünə gələ bilməyib:
“Anam səhər saat 5-ə kimi ağlayıb. Süleyman (Cığatelin nəvəsi) dünyadan köçəndə elə ağlayırdı anam. Cığatelə yaraşmayan suallar veriblər. Çox pis təsir eləyib anama. Sifarişli suallar olub. 60 yaşlı anamdan soruşublar ki, bir də ərə gedərsiz? Bu Cığatelə veriləcək sualdır?!”
Leyla Camal qeyd edib ki, bu cür suallar anasının şəxsi həyatına hörmətsizlik kimi qiymətləndirilməlidir.