Xanəndə Kamilə Nəbiyeva həyat yoldaşı ilə birgə "Zaurla günaydın"ın qonağı olub.
Qlobal.net xəbər verir ki, aparıcı Zaur Baxşəliyevin ünvanladığı sual sənətçinin prodüser əri Pərvinin xoşuna gəlməyib.
Belə ki, təzə bəy uşaq yolu gözləmələri barədə efirdə soruşulmasını doğru olmadığını deyərək, mövzunu dəyişmək istəyib.
Xatırladaq ki, cütlük ötən il ailə qurublar. Onların toyu İsmayıllı və Bakıda baş tutub. Müğənninin həyat yoldaşı Əməkdar artist Rəşad İlyasovla çalışır.
(milli.az)