“ARB” televiziyasında yayımlanan “Səni Axtarıram” verilişində 33 ildir qızını axtaran ana övladını tapıb.
Verilişin aparıcısı, məşhur jurnalist Xoşqədəm Hidayət qızı Elmira İbrahimovaya qızının tapıldığını bildirib. Xəbəri eşidən qadın hislərinə hakim ola bilməyib. Verilişdə duyğusal anlar yaşanıb. Xoşqədəm Hidayətqızı axtardığı E.İbrahimovanın qızı Yeganəni 3 ay sonra sonra tapıb.
Qeyd edək ki, Elmira İbrahimova “Səni Axtarıram”dan öncə Zaur
Baxşəliyevin aparıcısı olduğu “Bizimləsən” verilişinə müraciət etmişdi.
Zaur Baxşəliyev 3 il müddətinə onun övladını tapa bilməmişdi. Sonradan
Elmira İbrahimova Zaur Baxşəliyevin verilişində ona övladı ilə bağlı
yalan məlumat verildiyini, onun üzərində reytinq üçün şou qurulduğunu
bildirmişdi.