Site icon Qlobal.Net

Zaurdan Cığatel və qızının sözlərinə CAVAB: Utanmıram…

6f75d0bfa20358ab271948657e94c09b

Aparıcı Zaur Kamal şair Cığatel İsaqızı və övladı Leyla Camalın oğlu Bartunun suallarını ədəbsizlik adlandırmasına cavab verib. 

Aparıcı Axşam.az-a açıqlamasında oğlunu müdafiə edib və onların inciməsini yersiz adlandırıb.

Zaur bildirib ki, sualları redaktorlar tərtib edir:

“Cığatel yox, qızı Leyla xanım narazılıq edib. Əgər narazı idisə, deyərdi, görüntünü efirdən çıxardardıq. Efir 10 dəqiqə gecikmə ilə yayımlanır. Adi, hər bir aparıcının verə biləcəyi suallardır. Burada ədəbsiz, xətrinə dəyən nə olub? Burada normal suallar idi. Cığatel xanım elə bildi ki, onu sevməyən kimsə sualları bizə göndərib. Onu istəməyənlər var. Onu qıcıqlandıran sual yox idi.

Həmçinin oxu: Zaurun verilişində Cığatelə ədəbsizlik etdilər – Qızı OD PÜSKÜRDÜ

Redaktorlar sualları tərtib edir, Bartu da onları oxuyur. Evinin yanmasıdır ki, hər yerdə özü danışıb. Həyat yoldaşı haqda da danışıb. 30 ilin aparıcısıyam, burada sənətkarın, sənətçinin xətrinə dəyəcək nəsə yoxdur”.

Zaur şairin kirayədə yaşaması haqda deyilənlərdən inciməsinə isə belə reaksiya verib: 

“Kirayə söhbəti xətrinə dəyib. Mən də 10 il kirayə qalmışam, keçmişimlə fəxr edirəm, utanmıram, yaddan çıxartmıram. Hamı kirayə qala bilər. İndi kirayə qalan insanlar var”.

Qeyd edək ki, “Həmin Zaur” verilişində Zaur Kamalın oğlu şairə “Gənc yaşında həyat yoldaşını itirən Cığatel xanım ikinci dəfə ailə qurmaq haqqında düşünüb? Nəvə itkisi yaşadınız. Heç yuxularınıza gəlib sizdən nəsə istəyir? Kirayədə yaşamısınınz” suallarını ünvanlayıb. Onun qızı leyla isə “Öz aramızda” proqramında qarşı tərəfi tənqid edib.

Exit mobile version