Zaur Xoşqədəmə söz atdı - VİDEO
Aparıcı Zaur Baxşəliyev verilişində Xoşqədəmə söz atıb.
Qlobal.net xəbər verir ki, o, “Zaurla Günaydın” proqramında ad çəkməsə də, dediyi sözlərdən məlum olub ki, Xoşqədəmə söz atır.
Zaur
verilişin qonaqları Mənzurə Musayeva və Nüşabə Musayeva ilə səhnəcik
qurub. Səhnəcikdə Zaur halı pisləşən şəxs kimi rol alıb, Mənzurə isə
həkim rolunu oynayıb.
Bu
zaman Baxşəliyev “Özümü lap bir veriliş var orada hiss etdim. Təcili
yardım bir dəqiqədə qapıda olur (gülür). Barıtı çox etdin, təcili yardım
nə tez gəldi?” sözlərini səsləndirib.
O,
proqramın adını çəkməsə də, həmkarı Xoşqədəm Baxşəliyevaya söz atdığı
düşünülüb. İddia olunub ki, Zaur tez-tez müraciət edən şəxslərin huşunu
itirdiyi, yaxud da studiyada səhhətlərində problem yarandığı “Səni
axtarıram” verilişini nəzərdə tutub.