photo_29830396

Zaur indi də bu müğənnini ələ saldı: "45 dəfə plastik əməliyyat etdirmisən" - VİDEO

"Həmin Zaur" axşam şousunda verilişin aparıcısı Zaur Kamal qonaq çağırdığı müğənni Mənzurə Musayevanı ələ salıb. 

Qlobal.net bizim media-ya istinadən xəbər verir ki, Zaur Mənzurənin 45 dəfə plastik ənəliyyat keçirdiyini iddia edərək, onu canlı efirdə məsxərəyə qoyub.

Belə ki, aparıcının "Qaşın, gözün, burnun, dodaqların və qulaqların özünün deyil. Onları plastik əməliyyat etdirmisən" deyərək qarşı tərəfi özündən çıxardıb.

M.Musayeva Z.Kamalın ittihamlarına belə cavab verib.

"Bir tək burnumda üç dəfə əməliyyat etdirmişəm. Dodağıma da bir dəfə də olsun estetik müdaxilə olunmayıb. Təbii, öz dadaqlarımdır. Qulaqlarım da sən dediyin kimi əyri formada olmayıb. Şəkilləri göstərin. Mən "kukla"yam. Heç zaman qulaqlarım elə olmayıb".

Verilişin gedişatında Zaur Mənzurəni səhv çıxartmaq üçün ekrana illər əvvəl "AzTV"nın səhər efirində müğənninin qonaq olduğu kadrları ekranda nümayiş etdirib və onun göz formasının plastik əməliyyat vasitəsi ilə dəyişdirdiyini iddia edib.

Müğənni isə aparıcıya səslənərək "Kuklayam. Sən bədənimə, məndə olan gözəlliyə və yaraşığa bax... İndi bir çox ifaçılar "remont" olmamış efirə çıxmırlar. Dişlərimə, dodaqlarıma bax, necə gözələm. Zaur, bax gör necə gözələm. Saçlarım da özümünküdür, parik deyil. Saçlarım uzun olanda onları "şirin çay"la bururdum. Sonra da aça bilmirdim, zarafat eləmirəm". O, arxiv görüntülərinə şərh verib.

Qeyd edək ki, Mənzurə Musayeva müsahibələrin birində qollarının həcminin iri olmasından kompleks keçirdiyini və tezliklə bu problemi aradan qaldırmaq üçün plastik əməliyyat etdirəcəyini açıqlamışdı.

04.07.2022 15:04
show 290