64a6b2ca5dc3d202307232546
Zaur Baxşəliyev ATV-dən gedir? - FOTO (YENİLƏNDİ)

Yerli mətbuatda uzun müddətdir Azad Azərbaycan televiziyasında çalışan Zaur Baxşəliyevin Xəzər tv-yə keçməsi ilə bağlı iddialar yayılıb.

Metbuat.az məsələ ilə bağlı ATV kanalı ilə əlaqə saxlayıb. Kanalın mətbuat katibi Ozal İbrahimli bildirib ki, bu barədə iddialar doğru deyil:

"Heç bir əsası yoxdur. Xəzər TV-yə qonaq kimi gedib. Zaur Baxşəliyev ATV-də yeni mövsümə yeniliklərlə dolu verilişlərə hazırlaşır".

Qeyd edək ki, aparıcı Xəzər tv-yə gedərək oradakı keçmiş iş yoldaşları ilə şəkil çəkdirib. Bu görüntülər aparıcının ATV-dən ayrıldığı iddialarını gücləndirib.                              

***

Azad Azərbaycan televiziyasının (ATV) məşhur aparıcısı Zaur Baxşəliyev Xəzər televiziyasına gedib.

Manset.az-ın əldə etdiyi məlumata görə, o, televiziyanın rəhbəri, tanınmış şoumen Murad Dadaşovla, eyni zamanda vaxtilə ATV-də birlikdə çalışdığı keçmiş iş yoldaşları ilə görüşüb, fotolar çəkdirib. 

Zaur Baxşəliyevin qəfil Xəzər televiziyasına getməsi ağıllarda sual yaradıb. Onun yeni mövsümdən  adıçəkilən televiziyada fəaliyyət göstərəcəyi güman edilir.

06.07.2023 16:24
show 7902