zarina

Zarina azərbaycanlı qızları ƏLƏ SALDI: Botoksunuzun gelini az edin ki...

"Bayaqdan mərkəzi küçələri gəzirəm. İndi də oturmuşam bir kafedə və insanları müşahidə edirəm. Turistlər çoxdur, bilirsiniz. Kütlə şəklində gəlib keçirlər. Qızları necə gözəldir". 

Qlobal.net xəbər verir ki, bunu aktrisa Zarina Qurbanova sosial media hesabında etdiyi canlı yayım zamanı bildirib.

O, daha sonra fikirlərinin davamında azərbaycanlı gənc qızlarla əcnəbiləri müqayisə edib: "Göz, burun dolğusuz, hər şey yerində, "kvamında". Bu, gizlədiləsi bir faktor deyil, bizimkilərin böyük əksəriyyətində isə artıq 100 metrdən hər şeyin ifrat dərəcəsində olduğunu görmək olur. Nazik burun, dartılma qaş, qoyma kiprik, at dişlər... Heç olmasa botoksunuzun gelinin faizini az edin ki, sonra hansısa bir əyriliyi düzəldə biləsiniz də". 

12.11.2024 21:26
show 385