İngiltərədə yaşayan və adını yalnız "Zara" olaraq paylaşan qadın seçdiyi fərqli iş ilə ölkədə gündəm mövzusuna çevrilib.
Qlobal.net xəbər verir ki, sosial mediada kişilərin sıx tələbi ilə "dominant qadın" olaraq işə başlayan Zara, "Onları təmiz döyürəm. Deyirlər ki, bu, stresdən azad olmağa kömək edir", - sözlərini deyib.
Ona müraciət edən kişiləri öz seçimlərinə görə taxtadan qamçıya qədər bir çox fərqli alətlə döyə bildiyini ifadə edən Zara, “Bir çoxları buna inanmır, amma mənimlə müştərilərim arasında qətiyyən cinsi əlaqə yoxdur. Döyülüb gedirlər” vurğulayıb.
Zara biznesi ilə bağlı nişanlısı Ouendən böyük dəstək alır.
İki uşaq anası olan və Owen adlı nişanlısı ilə evlilik hazırlığı edən Zara, “Nişanlım bunun sadəcə bir iş olduğunu bilir. Aylıq 12 min pound (təxminən 26 min azn) dominantlıqdan qazandığım gəlirlə övladlarımın gələcəyinə rahatlıqla sərmayə qoya bilirəm” deyib. (news24.az)