650db06ece235202309231910
Zaqatalada BİABIRÇILIQ - Məscidin yaxınlığında gördüyü məktəblini...

Zaqatala rayonunda 1977-ci il təvəllüdlü Səlim yetkinlik yaşına çatmayan Süsənə (adlar şərti verilib - red.) təcavüz edib.

Qlobal.net teleqraf-a istinadla xəbər verir ki, 4 may 2021-ci ildə, saat 17 radələrində Səlim Rusiyada yaşayan həmkəndlisi və yaxını Zakirin qızı Süsəni Zaqatala rayonunun kəndlərindən birində məscidin yaxınlığında görüb. O, sərxoşluq fonunda cinsi tələbatı ödəmək üçün qıza zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmək qərarına gəlib.

Süsəni izləyərək onun da olduğu "Mercedes Benz D 601" markalı sərnişindaşıyan mikroavtobusla yaşadıqları kəndə gəlib. Kənddə piyada Süsənin arxasınca düşüb, niyyətini həyata keçirmək üçün uyğun zaman gözləyib. Nəhayət, Süsənin yaşadığı evə keçmək üçün qohumunun həyətinə giriş qapını açdığını görüb. O, qızın sağ kürək nahiyəsinə yumruqla zərbə endirərək yerə yıxıb.

Sonra qışqırmaması üçün əli ilə qızın ağzını tutub, cibindən bıçaq çıxararaq səsini çıxardacağı halda öldürməklə hədələyib. Süsəni təxminən 100 metr aralıda kənddə yerləşən, insanların olmadığı və ətrafı ağaclarla əhatələnmiş meşəlik sahəyə aparıb.

Süsəni meşəlik ərazidə yerə yıxıb və zorla qeyri-təbii yolla cinsi əlaqədə olub, daha sonra digər seksual xarakterli zorakılıq hərəkətləri edib.

İstintaq orqanı tərəfindən Səlimin barəsində Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.

Məhkəmədə ifadə verən Səlim ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, ona böhtan atılıb. Zərərçəkmiş şəxsə heç bir seksual xarakterli zorakılıq hərəkətləri eləməyib, öldürməklə hədələməyib.

Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini açıqlayıb.

Həmin ifadədən məlum olur ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 134 və 150.3.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilib. O, göstərib ki, Zaqatala rayonunun kəndində yaşayır: "Əvvəllər Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama və gəzdirmə) və 149-cu (zorlama) maddələri ilə məhkum olunmuşam. 2012-ci ildə cəzamın sonu ilə azadlığa çıxmışam. Azadlığa çıxdıqdan sonra mütəmadi olaraq spirtli içkilərdən istifadə etmişəm. Zərərçəkmiş Süsən mənim həmkəndlimir, onun atası Zakirlə yaxşı münasibətim olub. Zakir uzun illərdir Dağıstanda yaşayır".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 4 may 2021-ci ildə, saat təxminən 17 radələrində sərxoş vəziyyətdə Zaqatala rayonunda məscidinin yaxınlığında dayanıb:

"Zakirin məktəbli qızı Süsən gələrək yanımda dayandı. Ondan atası ilə danışıb-danışmadığını soruşdum, o da əlaqə saxladıqlarını dedi. Yanımdan aralanıb, bir qədər kənarda dayandı. Kəndə gedən mikroavtobus gələndə avtobusa mindi. Mən də avtobusa mindim, bir yerdə yaşadığımız kəndə getdik. Dayanacaqda Süsən mikroavtobusdan düşdü. Mən də onun arxasınca düşdüm".

Təqsirləndirilən şəxs qeyd edib ki, yenidən Süsənə yaxınlaşaraq neçənci sinifdə oxuduğunu soruşub: "Orta məktəbin 7-ci sinifində oxuduğunu bildirdi. Süsənə məktəbli olduğu halda nəyə görə avtobusa yolpulu verdiyini soruşdum. O, həmişə belə etdiyini dedi.

Bir qədər piyada getdikdən sonra Süsən başqa səmtə döndü. Ondan hara getdiyini soruşdum. Həyətlərinə qonşunun evindən keçəcəyini söylədi. Yolda onunla cinsi əlaqədə olmaq fikrinə düşmüşdüm. Süsən qapını açan vaxt arxadan çəkərək onu yerə yıxdım. Bir əlimlə Süsənin ağzını tutdum, digər əlimlə cibimdə olan bıçağı çıxararaq boğazına yaxınlaşdırdım. Əgər səsini çıxartsa, vuracağımı dedim.

Süsəni yerdən durğuzdum və təxminən 100 metr aralıya, meşəlik əraziyə apardım. Dedim ki, əgər qışqırsan, vuracam. O da sakit dayandı. İtələyərək onu yerə yıxım. Əlimdə olan bıçağı cibimə qoydum, qızın əynində olan cins şalvarı yarıya qədər aşağı çəkdim. Sonra özüm soyundum. Süsənlə qeyri-təbii yolla cinsi əlaqədə oldum. Cinsi əlaqədə olan vaxt səsi çıxmaması üçün Süsənin ağzını əlimlə tutdum. Bu vaxt Süsənin anasının küçədə yüksək səslə qızını səslədiyini gördüm. Bizə yaxın yerdən getsə də, bizi görmədi".

Səlim deyib ki, bundan sonra ayağa qalxıb və Süsənə hədə-qorxu gəlib: "Ona hadisə barədə xəbər versə, öldürəcəyimi dedim. Sonra oradan getdim. Əlimdə olan bıçağı çaya atdım. Həmin gün təxminən 1 saat sonra Süsənin anası ilə rastlaşdım. Nəyə görə qızına qarşı həmin hərəkətləri etdiyimi soruşdu, üzərimə gəldi. Mən də onu itələyərək yerə yıxdım".

Cinayət işi üzrə zərərçəkmiş Süsənin sözlərinə görə, mayın 4-də, saat 16.30-da hazırlıqdan çıxıb, hazırlıqdan çıxdıqdan sonra həmişəki qaydada yenə piyada məscidin yanına gəlib: "Həmkəndlim və anası bizimlə qonşuluqda yaşayan Səlimi gördüm. O, yolun kənarında oturmuşdu. Məni görən kimi yanıma gəldi, atamı soruşdu. Atamın yenə spirtli içki içib-içməməsini xəbər aldı. Mən də bilmədiyimi dedim.

Kəndə işləyən mikroavtobus gələndə ona mindim. Səlim də arxamca qaça-qaça gələrək avtobusa mindi. Dayanacaqda avtobusdan düşdüm, Səlim də arxamca gəldi".

Zərərçəkmiş ifadəsində göstərib ki, evlərinə gedəndə Səlim də onun yanı ilə gəlməyə başlayıb: "Təxminən 100-150 metr sonra yaşadığım evə getmək üçün ögey bacım Sevdagilin evlərinə tərəf döndüm. Səlim məndən nəyə görə bu yolla getdiyimi soruşdu. Evimizin qabağında körpünü su apardığı üçün həyətimizə qonşunun həyətindən keçdiyimi bildirdim.

Ögey bacımgilin həyət qapısını açmaq istəyən vaxt arxadan nəsə mənə dəydi, yerə yıxıldım. Səlim üzərimə gəldi, əli ilə ağzımı tutdu. Cibindən bıçaq çıxardaraq boğazıma dayadı. Məni yerdən qaldırdı, bacımgılin evinin qabaq küçəsi ilə özünün anasıgil istiqamətinə apardı.

Bir qədər getdikdən sonra Səlim mənə dedi ki, səsini çıxarsan, səni öldürüb gedəcəm. Mən də qorxduğum üçün səs eləmədim. Səlim məni ağacların altına yıxdı. Əlində olan bıçağı cibinə qoydu və əlləri ilə şalvarını soyundu. Sonra məni də soyundurdu. Mənə arxadan təcavüz etdi. Cinsi əlaqədə olduqdan sonra durdu. Etdiyi hərəkəti heç kimə deməməyimi bildirdi.

Evimizə tərəf gedəndə nənəmlə rastlaşdım. Nənəmlə evimizə gəldim və hadisə barədə anama məlumat verdim".

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səlim 14 il müddətinə azadlıqdan məhrum edilib.

22.09.2023 19:18
show 7442