Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Referans.az-a açıqlama verib. Onun sözlərinə görə, Bəli zamin durmaq şəxsin bankdan kredit götürmək imkanlarına təsir edir.
"Zaminlə kredit götürən birgə məsuliyyət daşıyır. Kredit götürənin kredit çıxarışında öhdəlik əks olunursa, zamində də eyni qaydada əks olunur həmin öhdəlik. Çünki, bu birgə məsuliyyətdir. Əgər kredit ödəyən pulunu ödəyə bilməsə, dərhal zamindən bankın pulunu tələb eləmək səlahiyyəti var. Bu da o deməkdir ki, siz kredit götürəndə hansı duruma düşürsünüzsə, zamin duranda da eyni, bərabər duruma düşürsünüz. Bu da ona gətirib çıxarır ki, sizin adınız zamin kimi işləndiyinə görə bu öhdəlik sizin gələcəkdə kredit götürmək imkanlarınız bu götürdüyünüz zamin öhdəliyi qədər məhdudlaşır".
Kredit götürən şəxs vəfat edərsə, kredit niyə onun ailəsindən yox, məhz zamin duran şəxsdən soruşulur?
Bununla bağlı da ekspert qeyd edir ki, 2022-ci ilə qədər başqa hüquqi rejim var idi. 2022-ci ildə Konstitusiya Məhkəməsinin qərarından sonra burada başqa bir rejim yaranıb.
"Məsələ ondan ibarətdir ki, 2022-ci ilə qədər həmin şəxs vəfat edirdisə və onun varisləri var idisə, varislər mirasa sahib dururdularsa, mirasa sahib duranda avtomotik olaraq, öhdəliklərinə də sahiblənirdilər. Və varislərdən bu pul tələb edilirdi. Və burada zaminlik bir şey qalmırdı. Ancaq indi zamin burada birgə məsuliyyət daşıyır. Konstitusiya Məhkəməsinin qərarından sonra zaminlər birgə məsul şəxs kimi təyin edilir və burada məsələ ondan ibarətdir ki, bank hətta miras yoxdursa, varislər mirası sahiblənmədiyi halda ölən şəxsin borcunu zamindən tələb edə bilər. Zamin ilə varislər burada birgə məsuliyyət daşıyır. Hətta varislər mirasa sahiblənməsələr belə zamin burada tək məsuliyyət daşıyır. Əgər varislər mirasa sahiblənərsə, bu halda da zamin məsuliyyət daşıyır. Amma zamin ödəyərsə, öz hüququ ilə, varislərdən öz pulunu istəyə bilərlər. Yəni burada rejim bundan ibarətdir. Miras yoxdursa, varislər mirası sahiblənmirsə, zamin məsuliyyət daşıyır".