668f3411d8b91202407242329
Yüz minlərlə azərbaycanlı Rusyadan geri qayıda bilər

 Rusiya Daxili İşlər Nazirliyi miqrantların İnzibati Xətalar Məcəlləsinin daha 20 maddəsini, o cümlədən xırda xuliqanlıq və ictimai asayişi pozduqlarına görə ölkədən çıxarılmasını təklif edib.
Bu barədə “Cebhe.info” Rusiya mətbuatına istinadən xəbər verir ki, qanun layihəsində İnzibati Xətalar Məcəlləsinin daha 20 maddəsinə xaricetmənin tətbiqi təklif edilir ki, onların da əksəriyyəti ictimai asayişin və ictimai təhlükəsizlik sahəsində hüquq münasibətlərinin qorunmasına, o cümlədən ekstremist təzahürlərə qarşı mübarizəyə yönəlib.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebhe.info-ya bildirib ki, Rusiyada miqrasiya ilə bağlı qanunvericilikdə sərtləşmələr çoxdan müzakirə olunur:  

  "Son zamanlar miqrantların törətdiyi cinayət işləri Rusiyada rezonans doğurub. Daha çox tənzimləmə mexanizmlərinin işə salınması haqqında düşünürlər. Bu məsələ “Crocus City Hall”-a hücumlarla yenidən aktuallaşdı.

Bu, azərbaycanlılara da, digər miqrantlara da şamil ediləcək. Bizim yüz minlərlə soydaşımız Rusiyada yaşayır, bu qərar onlar üçün problem yarada bilər. Amma Rusiya vətəndaşlığı olanlara bu qanun təsir etməyəcək. Bu qərar strateji xarakter daşıyır və Rusiyada antiimmiqrant əhval-ruhiyyəsi yüksəlir".  

11.07.2024 05:00
show 356