Diz ağrılarının əsas səbəblərindən biri də menisk zədələnmələridir.
Qlobal.net bildirir ki, meniskin cırılması tez-tez rast gəlinən zədələnmə növüdür.
Həkim-travmotoloq Məmməd Məmmədov bildirir ki, futbol, basketbol, tennis, xizəksürmə və s. idman növləri ilə məşğul olan peşəkar idmançılar və həvəskar oyunçular menisk zədələnmələrinə daha çox meylli olurlar:
“Menisk diz oynağının içində iki ədəd qığırdaq tipli strukturdur. Oynaqda iki sümüyün (bud və qamış) arasında yerləşir, amortizasiya funksiyasını yerinə yetirir və sümük strukturları qoruyur. Dizin bükülməsi zamanı yüklənmənin 80%-i menisklərə ötürülür. Ən çox ayaq yerdə olan zaman dizin ani burulması nəticəsində menisk cırılmaları baş verir. Kontakt idman növlərində də toqquşma zamanı dizin kritik burulması baş verə bilər. Ağır fiziki işlə və ya idmanın ağırlıq qaldırma növləri ilə məşğul olan şəxslər yük qaldırma zamanı onurğa ilə yanaşı diz strukturlarını da zədələyə bilərlər”.
Menisk zədələnmələri, diz ağrılarından bir dəfəlik qurtulmaq üçün həkim Məmməd Məmmədova müraciət edə bilərsiniz:
Əlaqə tel.: 050 000 00 00
İnstagram səhifəsi: https://www.instagram.com/profile
Ünvan: Təbib klinikası