Yuxuda uçmağın mənası nədir?
Yuxular insanların düşüncə və hisslərini əks etdirən maraqlı və bəzən sirli bir fenomen olaraq qəbul edilir.
Qlobal.net bildirir ki, hər kəs yuxu görür, lakin bu yuxuların mənası və təfsiri hələ də elm adamları tərəfindən tam şəkildə anlaşıla bilməyib. Bəzi yuxular gündəlik həyatımızın sadə əks-sədası olsa da, bəziləri daha dərin psixoloji və emosional anlamlar daşıyır. Yuxu görmə prosesi, bədənin və zehinin istirahət etməsi ilə yanaşı, daxili dünyamızla əlaqə qurmağa da imkan verir.
Bəs yuxuda uçmağın yozumu nədir?
Uçmaq – Röyada uçmaq – yolçuluğa, baş aşağı uçmaq – rahat, arxayın yolçuluğa işarədir.
Səfərdə olmayan adamın yuxuda uçması – işsizliyə, tənbəlliyə yozulur.
Xəstə adamın yuxuda uçması – ölümə işarədir.
Röyada qanadlanıb uçduğunu görmək – yolçuluğa, qanadsız uçmaq – ağır, zəhmətli yolçuluğa, səfərə yozulur.
Bir evin damından digər evin damına uçmaq – tanınmış bir adamla əlaqəni kəsib, başqa bir tanınmış adamın tərəfinə keçmək anlamındadır.
Bu röya, eyni zamanda, bir qadını buraxıb, başqasını almağa da yozulur.
Quşlarla birgə uçmaq – yad, yabançı adamlarla görüşməkdir, qəriblik və yalnızlıqdır.
Röyada havaya doğru uçduğunu görən kimsə ölümcül xəstə yatacaq, lakin bu azardan şəfa tapacaqdır.
Bir yerdən başqa yerə uçmaq – şərəf və qüdrət sahibi olacaqsınız.
Dağ üzərində uçmaq – səltənətə və ya böyük bir məqam sahibi olacağınızı; bütün düşmənlərinizə üstün gələcəyinizi Uçarkən bir şeyin üzərinə düşmək – düşdüyünüz o şeyin sahibi olacaqsınız.
Başqa yozumlara görə, yuxuda uçmaq – elm öyrənməyi, günah işləməyi, yüngül davranışı da ifadə edir.
Fidan
Qlobal.net