Hər insanın süfrə mədəniyyəti fərqlidir. Bu mədəniyyət həm bölgəyə, həm də fərdi xüsusiyyətlərə görə dəyişə bilər. Ancaq bir çox insanın yuxusuna süfrə açmaq mövzusu daxil olur. Belə hallarda bu yuxunun nə anlama gəldiyi barədə çoxları internetdən araşdırma aparır. Bəs, yuxuda süfrə açmaq nə deməkdir? Qonaq üçün yemək süfrəsi açmaq nə mənaya gəlir? Budur bu barədə müxtəlif yozumlar:
Süfrə yuxulara fərqli şəkillərdə girə bilər. Əsas məsələ yuxudan sonra gələcək haqqında yuxu alimlərinin şərhlərinə baxmaqdır. Çünki bu barədə həm müsbət, həm də mənfi müxtəlif yozumlar var. Siz də gördüyünüz yuxunu uyğun şəkildə şərhləri oxuyaraq daha mənalı edə bilərsiniz.
Yuxuda süfrə açmaq ən bərəkətli və xeyirli yuxular arasında yer alır. Sağlamlıq, rifah, bolluq, bərəkət və xoşbəxtliklə əlaqələndirilir. Yuxu sahibinin davamlı yüksək qazanc əldə edəcəyinə işarə edir. Ailə içində sevgi, hörmət və barış dolu bir həyat da bu yuxunun mesajları arasındadır. Eyni zamanda bu yuxu qonaqpərvər, könlü bol insanı təsvir edir.
Yuxuda qonaq üçün yemək süfrəsi açmaq, yuxu sahibinin özünü yaxşı hiss edəcəyi, rahatlayacağı və gözəl bir həyata doğru irəliləyəcəyi anlamına gəlir. Həmçinin bu yuxu, insanın həyatı boyu uğurlu və xoşbəxt bir ömür sürəcəyinə və arzularını reallaşdıracağına işarə edir. Eyni zamanda əldə edəcəyi yüksək gəlirlə ailəsi ilə birlikdə gözəl bir həyat yaşayacağına da yozulur.
Yuxuda süfrə hazırlamaq zənginlik, bolluq və xeyirli bir həyat yaşamaqla əlaqələndirilir. Eyni zamanda süfrə açmaqla eyni mənaya gəldiyi bildirilir. Xüsusilə, yuxu sahibi dünya gözəlliklərindən istifadə edəcək, heç nədən məhrum olmayacaq və arzularının böyük bir qismini həyata keçirəcəkdir.
Yuxuda süfrə yığışdırmaq, yuxu sahibinin gəlir mənbələrində ciddi azalma olacağına işarə edir. Eyni zamanda qarşısına çıxacaq fürsətləri və şansları düzgün qiymətləndirə bilməyəcəyinə yozulur. Əlindəki mal və mülkü itirəcəyi və yoxsulluqla qarşılaşacağı mənasına da gəlir.
Yuxuda süfrədə oturmaq, yuxu sahibinin dostları ilə bir araya gələcəyi və gözəl bir yemək yeyəcəyi anlamına gəlir. Eyni zamanda köhnə günləri xatırlayıb şirin söhbətlər edəcəklərinə işarə edir. Bəzən yemək əsnasında kədərli anlar yaşanacağına, bəzən də gülüb əylənəcəklərinə yozulur.
Yuxuda kalabalıq süfrədə olmaq da eyni şəkildə yozulur və yuxu sahibinin böyük bir ailəyə sahib olacağına işarə edir. Bu ailənin böyüklüyü ilə birlikdə xoşbəxt və dinc bir həyat sürəcəyi, problemlərin qısa zamanda həll olunacağı anlamına gəlir.
Yuxuda süfrədə yemək görmək, yuxu sahibinin gəlirinin artacağına işarə edir. Maddi sıxıntı yaşamadan rahat bir gəlir əldə edərək, həyat boyu gözəl bir ömür sürəcəyi yozulur.
Yuxuda süfrədə yemək yemək, sakit və uzun bir ömrə işarə edir. Hər zaman bolluq və rifah içində olacağına, ailəsi ilə birlikdə problemsiz bir həyat keçirəcəyinə yozulur. Bu yuxu həmçinin, arzularını həyata keçirmək üçün yaxşı bir mübarizə aparmaq lazım olduğunu bildirir.
Fidan
Qlobal.net