Yuxuda qəbir görmək nə deməkdir? Bu yuxu insanın həyatında dəyişikliklərə, dini bağlılığın artmasına işarə edə bilər. Əgər bir şəxs yuxuda öz qəbrini görürsə, bu, xəbərdarlıq xarakterli yuxu hesab olunur.
Rüya yozumçuları qəbirin yuxuda necə göründüyünə görə fərqli şərhlər veriblər. Kimiləri bu yuxunu uzun ömür və rahatlıqla əlaqələndiriblər, digərləri isə dini baxımdan zənginləşməyə yozublar. Aşağıda müxtəlif qəbir tiplərinin yozumları verilir:
Yuxuda qəbir görmək – uzun ömür, ruhi təmizlənmə və dinə yönəlmə anlamına gəlir. Bəzi alimlərə görə bu yuxu həm də xeyirxah işlər görəcəyinizə, sakit və müdrik bir insan olacağınıza işarədir. Bu, problemlərdən qurtuluşun və mənəvi zənginliyin simvoludur.
Boş qəbir görmək – artan çətinliklərə, problemlərin çoxalacağına işarədir. Bəzi şərhlərə görə bu, elmdən uzaqlaşmaq və mənəvi yoxsulluq kimi yozulur. Digər tərəfdən isə haram qazanca aludə olmaq və onun nəticəsində pis işlərə qarışmaq kimi izah olunur.
Yeni qəbir görmək – həyatınıza iki fərqli insanın daxil olacağına və bu şəxslərdən birinin elmli və dəyərli biri olacağına işarədir. Bu, həm də həyat yolunun seçilməsi, dostluq və ya tale qərarı kimi yozula bilər. Bəzi yozumlara görə isə bu, xəstəlik və ölüm təhlükəsinə də işarə edə bilər.
Açıq qəbir görmək – ciddi maddi çətinliklərə işarədir. Qəfil yoxsulluq, maddi itkini simvolizə edə bilər. Eyni zamanda, bəzi yozumlara görə bu yuxu müsbət başlanğıcları, yaxşı işləri də xəbər verə bilər və insanın ömrünün uzun olacağına işarədir.
Bu yuxunun iki fərqli yozumu var: biri – gözlənilməz uğursuzluqlar, digəri isə – möhkəm sağlamlıq və rifah. Bu səbəbdən, yuxu həm müsbət, həm də mənfi anlam daşıya bilər.
Qəbir tikdirmək – dünya nemətlərinin qurulması, ev sahibi olmaq və uzun illər rahat yaşamaq anlamına gəlir. Bu yuxu həmçinin həyat yoldaşı ilə tanışlıq və uzunmüddətli xoşbəxt bir birliktelik kimi də yozulur.
Qəbir suvarmaq – çətinliklərin qarşısında mənəvi dayağa söykənmək deməkdir. Bu yuxu sahibinin Allah qatında dəyərli bir insan olduğunu, problemlərinin tezliklə həll olunacağını və mənəvi kamilliyə çatacağını göstərir.
Ailə qəbiristanlığı görmək – ailə üzvləri ilə uzun və xoşbəxt bir ömür sürməyə işarədir. Həmçinin həyat yoldaşı ilə daim gözəl münasibətlərdə olacağını bildirir.
Qəbiristanlıqda gəzdiyini görmək – lazımsız dostluqlar və mənasız əlaqələrə işarədir. Bu yuxu həm də maddi itki, problemli münasibətlər və çətin qərarlar demək ola bilər. Yuxu sahibinin həyatını dəyişmək üçün düzgün insanlara yönəlməsi tövsiyə olunur.
Qəbir görmək – günahlardan tövbəyə;
Qəbir qazmaq – ölümə və ya ev tikməyə;
Qəbirdən çıxmaq – narahatlıqlardan qurtulmağa;
Məzarlıqda yazı oxumaq – eqo və qürurdan əl çəkməyə;
Özünü ölmüş görmək – uzun ömür və arzuların gerçəkləşməsi kimi yozulur;
Məzarı ziyarət etmək – həbsxana ilə əlaqəyə işarədir;
Qəbir tikmək və ya hörmək – ev almağa işarədir.