Şapkalar həm əyləncə məqsədilə, həm də mövsümi olaraq istifadə edilir. Çoxsaylı növləri və rəngləri olan şapkalar bəzən insanların yuxularında da görünür. Belə hallarda insanlar yuxu təbirçilərinin yozumlarına baxır və məlumat almağa çalışırlar. Bəs, yuxuda şapka taxmaq nə deməkdir? Qara və qırmızı toxunma şapka taxdığını görmək nə anlam verir? Bu mövzuda oxumağa dəyər müxtəlif yozumlar:
Şapkanın yuxuda necə göründüyünə görə fərqli təbir və yozumlar mövcuddur. Təcrübəli yuxu alimləri bu barədə biliklərini paylaşaraq insanların yuxularını şərh edirlər. Siz də gördüyünüz yuxunun mənasını öyrənmək üçün fərqli yozumları oxuya bilərsiniz.
Yuxuda şapka taxmaq, yuxu sahibinin cəmiyyətdə atacağı addımlarla ətrafındakı insanların ona olan baxış bucağını dəyişəcəyi anlamına gəlir. Xüsusilə hörmət edilən bir insan olacağına, iş həyatında böyük uğurlar qazanacağına işarə edir. Özünü hər sahədə sübut edəcəyi, düzgün addımlar atacağı və beləliklə ətrafındakıların rəğbətini qazanacağı göstərilir. Başqa yuxu alimlərinə görə isə bu yuxu, qısa müddətdə problemlərdən qurtulmağa və xeyirli bir qismətlə evlənməyə işarə edir.
Yuxuda qara şapka taxmaq, insanın iş həyatında ciddi bir zərərə uğrayacağına yozulur. Uğrayacağı zərər mal-mülk üzərindən də ola bilər. Eyni zamanda, nüfuzunu itirə biləcəyinə, sosial və iş həyatında keyfiyyətinin azalacağına, maddi gəlirinin düşəcəyi anlamına gəlir.
Yuxuda qırmızı şapka taxmaq, əgər yuxu sahibi evlidirsə, bir övlad sahibi olacağına işarə edir. Həmçinin qənaətcil olacağına və bu sayədə yaxşı bir məbləğdə pul yığacağına yozulur. Əlinə keçən fürsətləri yaxşı dəyərləndirəcəyi üçün razı qalacağı bir qazanc əldə edəcək və bunu mal-mülkə çevirəcək. Beləcə, həyat boyu maddi problemlər yaşamayacaq və ailəsi ilə xoşbəxt bir ömür sürəcəyi bildirilir.
Yuxuda toxunma şapka taxmaq, yuxu sahibinin qazancının və bəxtinin həyat boyu davam edəcəyinə işarə edir. Sevdiyi insanla keçirəcəyi hər anın dəyərini biləcəyinə və xoşbəxt bir ailə həyatı yaşayacağına işarədir. İş həyatında xüsusi təkliflər alacağı və bu təklifləri dəyərləndirərək gəlirini artıracağı da rəvayət edilir.
Yuxuda ağ şapka taxmaq, yuxu sahibinin təmiz bir əxlaqa malik olduğunu göstərir. Ətrafındakı insanlara qarşı hörmətli, sevgi dolu və xoş niyyətli biri olduğu anlamına gəlir. Eyni zamanda, çətinlikdə olan insanlara yardım edəcəyi, dürüst bir həyat yaşayacağı və bununla da xeyir-dualar qazanaraq qazancını artıracağı bildirilir. Başqa alimlərə görə isə bu yuxu, insanın qaranlıq düşüncələrdən uzaqlaşacağına və pis fikirlərin aradan qalxacağına işarə edir.
Yuxuda yeni şapka taxmaq, iş həyatında uğurlu və gözəl işlər görəcəyinə yozulur. Qarşısına çıxacaq iş imkanlarını dəyərləndirərək qazancını artıracağına işarə edir. Yaxın zamanda xeyirli bir qismətlə evlənəcəyi və xoşbəxt bir həyat sürəcəyi göstərilir. Atacağı mühüm addımlar və layihələrlə nüfuz sahibi olacağı və gəlirini daha da artıracağı bildirilir.
Yuxuda fötr şapka taxmaq, yuxu sahibinin müasir və uzaqgörən biri olduğunu göstərir. Həm yeniliklərə, həm də tənqidlərə açıq biri olduğunu bildirir. Həyatını elm və bilik əldə etməyə həsr etdiyi və bunu bacaracağı və ya artıq bacardığı rəvayət edilir. Elmə və oxumağa böyük dəyər verdiyinə dair gözəl bir yuxu hesab olunur.
Fidan
Qlobal.net