Yuxuda öpüşmək nə deməkdir?

Yuxuda öpüşmək nə deməkdir?

Yuxu görmək insan beyninin sirli və maraqlı proseslərindən biridir. Gündüz yaşanan hadisələr, duyğular və düşüncələr gecə yuxu vasitəsilə şüuraltında öz əksini tapa bilər. Yuxular bəzən insanlara mesaj kimi görünür, bəzən isə sadəcə təsadüfi görüntülərdən ibarət olur. Bu məqalədə yuxuların mahiyyəti, psixoloji və elmi izahları müzakirə ediləcək.

Bəs yuxuda öpüşməyin mənası nədir?

ÖPÜŞ – Yuxuda öpüşən uşaqlar görmək ailədə xoşbəxt barışıq və işdə məmnunluğa işarədir. Yuxuda ananızı öpmüsünüzsə, sizi işdə, sevgidə uğur və dostlarınızın hörməti gözləyir. Yuxuda qardaş və ya bacınızı öpmüsünüzsə bu gələcək məmnunluqlar və mehriban dostluğa işarədir. Sevgilinizi qaranlıqda öpmüsünüzsə bu, təhlükə və rüsvayçılıq əlamətidir, işıqlıqda öpmək o deməkdir ki, qadınlara qarşı alicənab xasiyyətinizi dəyişməyəcəksiniz. Yuxuda tanımadığınız qadını öpmək əxlaqsız hərəkətlərə işarədir. Yuxuda rəqib sizin sevgilinizi öpübsə, həyatda onun hörmətini itirmək təhlükəniz var. Evlilər yuxuda bir-birlərini öpüblərsə, bu, onların evindən heç zaman əskik olmayacaq mənəvi birliyə işarədir. Yuxuda düşməninizi öpmüsünüzsə, bu onunla uğurlu barışığa işarədir. Gənc qız yuxuda  sevgilisi ilə öpüşəndə qəflətən yaxalanıbsa, bu real həyatda yaxın dostları tərəfindən ona qarşı ədəbsiz, kobud hərəkətlərə işarədir.

ÖPÜŞMƏK – Öpüş şübhəsiz ki, gənc sevgililərlə assosiasiya edilir.Təsəvvürdə dərhal metronun eskalatorunda  öpüşən iki yeniyetmə canlanır. Siz öpüşə, başqalarının necə öpüşdüyünə baxa bilərsiniz və ya sanki sizi kiminsə öpdüyünü xəyal edə bilərsiniz. Yuxuda başqasını öpməklə kiməsə qarşı öz seksual istəklərinizi həyata keçirə bilərsiniz. Belə olan halda bu yalnız öpmək üçün öpüş deyil, sevginin enerjisini hiss etmək məqsədilə öpüşdür.Öpüş – ehtirası oyatmaq istəyini ifadə edir. Başqalarının öpüşdüyünü görmüsünüz?  Bu o deməkdir ki, siz bu insanların şəxsi həyatı haqqında çox şey bilirsiniz və ya onların həyatında fəal iştirak edirsiniz.İstisan hal ondan ibarətdir ki, siz tərəf müqabilinizin başqası ilə öpüşdüyünə şahid olursunuz – bu münasibətlərdə etibarsızlığa aydın nümunədir. Yuxudan elə oyanırsınız ki, sanki kimsə sizi öpmək istəyir? Bu sizin kiməsə qarşı ehtiras istəyinizdən irəli gəlir.Adətən öpüşə qədər yuxudan oyanırsınız.Səbəb- qadağa hissidir.Siz öpüşmək istəyirsiniz, lakin bilirsiniz ki, bu arzuolunmazdır. Öpüşərkən nə hiss edirsiniz? Xoş hisslər yoxsa təhlükə? Öpüşdən sonrakı təəssüratlarınız: nifrət, romantik hisslər yoxsa ehtiras?

Fatimə
Qlobal.net

17.01.2025 16:50
show 23