Cəmiyyət

Yuxuda əncir görmək nədir?

Yuxuda əncir görmək qədimdən bəri müxtəlif mənalarla yozulub və bu yozumlar həm dini, həm də xalq inanclarına əsaslanır. Əncir bolluğun, ruzi-bərəkətin və sağlamlığın rəmzi sayılır. Lakin yuxunun mənası onun necə və hansı şəraitdə görülməsindən də çox asılıdır.

Yuxuda əncir görmək adətən xeyirli və müsbət bir işarə sayılır. Bu yuxu insanın həyatında bolluq, ruzi artımı, ailə səadəti və maddi rifah kimi halların yaxınlaşdığına işarədir. Əncir həm də əmək nəticəsində qazanılan halal gəlir kimi yozulur.

Yuxuda əncir yemək

Əgər yuxuda əncir yeyirsinizsə, bu, halal qazanc, sağlamlıq, və arzuların gerçəkləşməsi deməkdir. Bəzən bu yuxu yaxın zamanda xoş bir xəbər alacağınıza və ya maddi imkanlarınızın artacağına işarə edir.

Ağacda əncir görmək

Əncir ağacı yuxuda bərəkət və ailə içində xoşbəxtlik rəmzidir. Bu yuxu həm də yeni imkanların yaranacağına və həyatınızda məhsuldar bir dövrün başlandığına işarə edə bilər.

Qurumuş əncir görmək

Əgər yuxuda qurumuş və ya çürümüş əncir görürsünüzsə, bu, itkilər, narahatlıqlar və ya səhv qərarlar haqqında xəbərdarlıq sayılır. Belə yuxular adətən düşünülməmiş addımlardan çəkinmək lazımdığını göstərir.

Ağ və ya qara əncir görmək

Ağ əncir – xoş niyyətli insanlarla qarşılaşmaq, sevinc və təmizlik rəmzidir.

Qara əncir – gizli sirlər, keçmişdə qalan hadisələrin yenidən gündəmə gəlməsi kimi yozulur.

Emin Əzimoğlu

Related Articles

Bir cavab yazın

Back to top button