Yuxu iflici nədir və niyə olur?
Yuxu iflici nədir və niyə olur?
Yuxu iflici (qarabasma) rəsmlərə və dəhşət hekayələrinə ilham verən birfenomendir.
Qlobal.net bildirir ki, tədqiqatçılar insanların hərəkət edə bilməyən yuxulardan niyəoyandıqlarını və bəzən halüsinasiyalar görməyə davam etdiyini anlamağabaşlayırlar.
Harvard Universitetində yuxu tədqiqatçısı olan və müalicə üsulları iləbağlı ilk klinik araşdırmanı 2020-ci ildə tamamlayan Baland Cəlal yuxu iflicihaqqında deyir: “Əvvəllər bu, diqqətdən kənarda qalan bir hadisə idi,lakin son 10 ildə artan maraq var”.
Bu vəziyyəti yaşayan bəzi insanlar bunun təbii olmayan və hətta paranormalbir izahını verməyə çalışsalar da, Cəlal səbəbin daha sadə olduğunu söyləyir.Gecələr bədənimiz yuxunun dörd mərhələsindən keçir. Son mərhələyə sürətli göz hərəkətiyuxusu və ya “REM” deyilir. Bu, yuxu görməyimiz vaxtıdır. REM zamanı beyin,ehtimal ki, yuxulara uyğun hərəkət edir və özümüzə zərər verməməyimiz üçün əzələlərimiziiflic edir.
Yuxusuzluq və yuxu strukturu pozulduqda yuxu iflici riski artır. Müalicədəmaarifləndirmə və meditasiya terapiyası istifadə edilir. Daha ağır hallarda isə dərmanlar tətbiq oluna bilər. Yuxu iflici hücumları hallüsinasiyalarla gələndə bu, beyin fəaliyyəti haqqında dəyərli məlumatlar verir.
Yuxu iflicində beynin motor korteksi bədənə siqnallar göndərir, amma əzələləriflic olduğu üçün heç bir rəy alınmır. Beyin bu boşluğu doldurur vəhalüsinasiyalar yaranır. Halüsinasiyalar mədəniyyətə bağlı olaraq dəyişir, məsələn,kanadalılar “Qoca cadugəri”, türklər “qarabasan” görür. Bu, mədəni gözləntilərintəsirini göstərir.
Səbinə
Qlobal.net